Britaniyada təqaüddə olan həkimlər işə qayıtdı

Britaniyada təqaüddə olan həkimlər işə qayıtdı Böyük Britaniyada koronavirusa qarşı mübarizə məqsədi ilə pensiyaya çıxmış 20 min həkim və tibb bacısı işə qayıdıb.
Digər ölkələr
30 Mart , 2020 13:35
Britaniyada təqaüddə olan həkimlər işə qayıtdı

Böyük Britaniyada koronavirusa qarşı mübarizə məqsədi ilə pensiyaya çıxmış 20 min həkim və tibb bacısı işə qayıdıb.

“Report” “Interfax”a istinadən xəbər verir ki, bu barədə Britaniyanın baş naziri Boris Conson məlumat verib.

Hökumət başçısı əhalini evdə qalmağa, bununla da infeksiyanın yayılmasını azaltmağa, habelə səhiyyə müəssisələrində gərginliyi azaltmağa çağırıb.

Son məlumata əsasən, 20 minə yaxın insan virusa yoluxub, 1 228 nəfər isə koronavirusdan ölüb.

Son xəbərlər

Orphus sistemi