Britaniyada Tənhalıq üzrə Nazirlik yaradılıb

Britaniyada Tənhalıq üzrə Nazirlik yaradılıb Bakı. 17 yanvar. REPORT.AZ/ Britaniyanın baş naziri Tereza Mey Tənhalıq üzrə Nazirlik yaradıb.
Digər ölkələr
17 Yanvar , 2018 20:36
Britaniyada Tənhalıq üzrə Nazirlik yaradılıb
REUTERS/ Richard Pohle

Bakı. 17 yanvar. REPORT.AZ/ Britaniyanın baş naziri Tereza Mey Tənhalıq üzrə Nazirlik yaradıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu vəzifəyə Britaniya parlamentinin idman və vətəndaş cəmiyyəti üzrə nazirinin müavini Treysi Krauç təyin edilib.

“Müasir həyatda çoxlu sayda tənha insanın olması kədərli reallıqdır. Cəmiyyətimiz və hamımızın xatirinə mən bu problemlə mübarizə aparmaq, yaşlı insanlara tənhalığı unutdurmaq, başqa sözlə, yaxınlarını, himayədarlarını itirən, danışıb dərdləşmək, öz fikrini və təcrübəsini bölüşmək üçün adam tapmayanlara yardım etmək istəyirəm”, - Tereza Mey vurğulayıb.

Britaniya “Qızıl Xaç” Cəmiyyətinin məlumatına əsasən, 65,6 milyonluq ölkə əhalisinin 9 milyondan çoxu qismən və ya daima tənha yaşayır. Cəmiyyət bunu “qapalı epidemiya” halı adlandırır. 

Son xəbərlər

Orphus sistemi