Yuxarı

Britaniyada yaşayış evində partlayış olub, xəsarət alanlar var

Bakı. 24 fevral. REPORT.AZ/ Britaniyada yaşayış evində partlayış olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Bristol şəhərində qeydə alınıb. Partlayış nəticəsində 3 nəfər xəsarət alıb.

Ərazidə yanğınsöndürmə xidmətinin əməkdaşları işləyir. Yaralıların vəziyyəti barədə məlumat verilmir.

Hadisənin təfərrüatı açıqlanmır. 

Daha əvvəl Britaniyada məhkəmə binası qarşısında maşın partlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi