Britaniyada koronavirusdan ölənlərin sayı 31 mini ötdü

Britaniyada koronavirusdan ölənlərin sayı 31 mini ötdü Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 626 nəfər artıb.
Digər ölkələr
8 May , 2020 20:28
Britaniyada koronavirusdan ölənlərin sayı 31 mini ötdü

Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 626 nəfər artıb.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 31 241 nəfərə çatıb.

Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 4 649 nəfər artaraq 211 364 nəfərə yüksəlib.

Son xəbərlər

Orphus sistemi