Yuxarı

Britaniyada bir qrup şəxs bıçaqla kollecə hücum edib

Britaniyada bir qrup şəxs bıçaqla kollecə hücum ediblər

Bakı. 5 mart. REPORT.AZ/ Britaniyanın Lankaşir qraflığında naməlum şəxslər Leyland şəhərində yerləşən Ranşo kollecinə bıçaqla hücum ediblər.

“Report” xəbər verir ki, bu barədə yerli polisin məlumatında deyilir.

Hüquq mühafizəçilərinin sözlərinə görə, təhsil müəssisəsi əməkdaşlarından biri yerli vaxtla 10:40-da polisə zəng edərək, bir qrup şəxsin bıçaqla kollecə hücum etməyə hazırlaşdığını xəbər verib. Əraziyə gələn polislər həmin şəxslərin bıçaqla müəssisəyə daxil olduqlarını görüblər. Hadisə zamanı bir nəfərin yüngül xəsarət aldığı bildirilir. Beş nəfər saxlanılıb.

Polis bunun düşünülmüş bir addım olduğunu və konkret olaraq bir nəfərə qarşı yönəldiyini hesab edir.

Hadisə yerində təhlükəsizlik xidmətinin əməkdaşları işləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi