Britaniyada bir qrup şəxs bıçaqla kollecə hücum edib

Britaniyada bir qrup şəxs bıçaqla kollecə hücum edib Bakı. 5 mart. REPORT.AZ/ Britaniyanın Lankaşir qraflığında naməlum şəxslər Leyland şəhərində yerləşən Ranşo kollecinə bıçaqla hücum ediblər.
Digər ölkələr
5 Mart , 2019 06:40
Britaniyada bir qrup şəxs bıçaqla kollecə hücum edib

Bakı. 5 mart. REPORT.AZ/ Britaniyanın Lankaşir qraflığında naməlum şəxslər Leyland şəhərində yerləşən Ranşo kollecinə bıçaqla hücum ediblər.

“Report” xəbər verir ki, bu barədə yerli polisin məlumatında deyilir.

Hüquq mühafizəçilərinin sözlərinə görə, təhsil müəssisəsi əməkdaşlarından biri yerli vaxtla 10:40-da polisə zəng edərək, bir qrup şəxsin bıçaqla kollecə hücum etməyə hazırlaşdığını xəbər verib. Əraziyə gələn polislər həmin şəxslərin bıçaqla müəssisəyə daxil olduqlarını görüblər. Hadisə zamanı bir nəfərin yüngül xəsarət aldığı bildirilir. Beş nəfər saxlanılıb.

Polis bunun düşünülmüş bir addım olduğunu və konkret olaraq bir nəfərə qarşı yönəldiyini hesab edir.

Hadisə yerində təhlükəsizlik xidmətinin əməkdaşları işləyir.

Son xəbərlər

Orphus sistemi