Britaniya təyyarəsi sərnişinlər arasında dava səbəbindən Kanadada məcburi eniş edib

Britaniya təyyarəsi sərnişinlər arasında dava səbəbindən Kanadada məcburi eniş edib Bakı. 25 mart. REPORT.AZ/ Britaniyanın Thomas Cook Airlines aviaşirkətinə məxsus, Mançesterdən Las-Veqasa uçan təyyarəsi Kanadanın Manitoba vilayətində, Vinnipepedə sərnişinlər arasında dava səbəbindən məcburi eniş edib.
Digər ölkələr
25 Mart , 2018 06:36
Britaniya təyyarəsi sərnişinlər arasında dava səbəbindən Kanadada məcburi eniş edib

Bakı. 25 mart. REPORT.AZ/ Britaniyanın "Thomas Cook Airlines" aviaşirkətinə məxsus, Mançesterdən Las-Veqasa uçan təyyarəsi Kanadanın Manitoba vilayətində, Vinnipepedə sərnişinlər arasında dava səbəbindən məcburi eniş edib.

"Report" xəbər verir ki, bu barədə TASS "CTV"-ə istinadən məlumat yayıb.

Bildirilir ki, təyyarə yerə endikdən sonra polis 5 sərnişini saxlayıb və onların əllərini qandallayaraq təyyarədən endirib. Həmin şəxslərin hamısı Böyük Britaniya vətəndaşlarıdır. Onlar yerli asayiş keşikçilərinə müqavimət göstərməyiblər.

"Airbus A330" təyyarəsində baş vermiş hadisənin təfərrüatı açıqlanmayıb. Yalnız o bildirilib ki, hadisə zamanı heç kim xəsarət almayıb.

Təyyarə artıq Las-Veqasa uçub. Onun göyərtəsində neçə sərnişinin olduğu barədə məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi