Yuxarı

Britaniya polisi kəşfiyyat əməliyyatı zamanı bir nəfəri güllələyib

​Britaniya polisi kəşfiyyat əməliyyatı zamanı bir nəfəri güllələyib

Bakı. 5 yanvar. REPORT.AZ/ Böyük Britaniya polisinin əməkdaşları cümə günü axşam saatlarında Koventri şəhərində kəşfiyyat əməliyyatı zamanı 1 nəfəri güllələyərk öldürüb, daha 2 nəfəri isə saxlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Daily Express" qəzetinin elektron versiyasında məlumat verilib.

Uest Midlends qraflığının hüquq-mühafizə orqanları rəsmilərinin verdiyi məlumata görə, əməliyyat cümə günü yerli vaxtla saat 18:20-də Barnabi roud rayonunda keçirilib, küçə polis tərəfindən mühasirəyə alınıb. Hadisənin detalları barədə heçbir məlumat verilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi