Bakı. 11 dekabr. REPORT.AZ/ Böyük Britaniya Parlamentinin İcmalar palatası "Brexit" sazişi üzrə səsverməni 2019-cu il yanvarın 21-dək keçirəcək.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Britaniya KİV-inə Baş nazir Tereza Meyin nümayəndəsi məlumat verib.
Qeyd edək ki, dünən T.Mey "Brexit" sazişi üzrə parlamentdə nəzərdə tutulan səsverməni daha sonraya təxirə salmağa qərar verib.