Yuxarı

Britaniya Parlamenti "Brexit"in tarixinin dəyişdirilməsinə səs verib

Britaniya parlamentariləri ölkənin Avropa İttifaqından (Aİ) çıxma tarixinin bir müddət sonraya təxirə salınmasının lehinə səs verib.

“Report” xəbər verir ki, 412 deputat layihənin lehinə, 202-si isə əleyhinə çıxıb.

"Sky News"un məlumatına görə, əgər parlament baş nazir Tereza Meyin "Brexit" üzrə saziş variantını təsdiq edərsə, ölkənin Aİ-dən çıxışı iyunun 30-na təyin olunacaq.

Daha əvvəl Britaniya parlamentariləri Krallığın Aİ-nin tərkibindən çıxması haqqında təkrar referendumun keçirilməsi üçün "Brexit" möhləti barədə düzəlişlərin əleyhinə səs veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi