Britaniya Parlamenti "Brexit"in tarixinin dəyişdirilməsinə səs verib

Britaniya Parlamenti "Brexit"in tarixinin dəyişdirilməsinə səs verib Britaniya parlamentariləri ölkənin Avropa İttifaqından (Aİ) çıxma tarixinin bir müddət sonraya təxirə salınmasının lehinə səs verib.
Digər ölkələr
14 Mart , 2019 22:47
Britaniya Parlamenti Brexitin tarixinin dəyişdirilməsinə səs verib

Britaniya parlamentariləri ölkənin Avropa İttifaqından (Aİ) çıxma tarixinin bir müddət sonraya təxirə salınmasının lehinə səs verib.

“Report” xəbər verir ki, 412 deputat layihənin lehinə, 202-si isə əleyhinə çıxıb.

"Sky News"un məlumatına görə, əgər parlament baş nazir Tereza Meyin "Brexit" üzrə saziş variantını təsdiq edərsə, ölkənin Aİ-dən çıxışı iyunun 30-na təyin olunacaq.

Daha əvvəl Britaniya parlamentariləri Krallığın Aİ-nin tərkibindən çıxması haqqında təkrar referendumun keçirilməsi üçün "Brexit" möhləti barədə düzəlişlərin əleyhinə səs veriblər.

Son xəbərlər

Orphus sistemi