İngiltərə və Uels həbsxanalarında bir ildə 119 məhbus intihar edib

İngiltərə və Uels həbsxanalarında bir ildə 119 məhbus intihar edib 2016-cı ildə həbsxanalarda ölənlərin sayı artıb
Digər ölkələr
26 Yanvar , 2017 15:34
İngiltərə və Uels həbsxanalarında bir ildə 119 məhbus intihar edib

Bakı. 26 yanvar. REPORT.AZ/ Ötən il İngiltərə və Uels həbsxanalarında 119 məhbus intihar edib.

“Report” BBC-yə istinadən xəbər verir ki, bua barədə krallığın Ədliyyə Nazirliyi bildirib.

Bu, 1978-ci ildən indiyədək ötən müddət ərzində rekord göstərici sayılır.

Xəbərdə bildirilib ki, 2016-cı ildə həbsxanalarda 354 məhbus ölüb. Bu, 2015-ci illə müqayisədə ölənlərin sayından üçdə bir dəfə çoxdur. Nazirlik bildirib ki, ötən il məhbusların bir-birinə 37 mindən çox bədən xəsarəti yetirmə halı, həbsxanadan 25 min qaçmağa cəhd hadisəsi qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi