Brisbendə G20 liderlərinin ilk işçi iclası başlayıb

Brisbendə G20 liderlərinin ilk işçi iclası başlayıb Sammitin əsas mövzularından biri Ukraynada vəziyyətin tənzimlənmə məsələsi olacaq
Digər ölkələr
15 Noyabr , 2014 10:22
Brisbendə G20 liderlərinin ilk işçi iclası başlayıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Avstraliyanın Brisben şəhərində G20 liderləri, dəvət olunmuş dövlət başçıları və beynəlxalq təşkilatların nümayəndələrinin ilk  işçi iclası başlayıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "İyirmilik" iştirakçı ölkələrinin prezidentləri və hökumət başçılarının iş gününün sonunda Avstraliyanın baş naziri Toni Ebbotta ali qonaqların şərəfinə qəbul təşkil edəcək. Bundan sonra liderlər kiçik gəzintiyə çıxacaq və dəvət olunmuş dövlət başçıları və beynəlxalq təşkilatların nümayəndələri ilə şam yeməyi yeyəcəklər.

Sammitin əsas mövzularından biri Ukraynada vəziyyətin tənzimlənmə məsələsinin olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi