Braziliyada təyyarə yaşayış evinin üzərinə düşüb, 3 nəfər ölüb

Braziliyada təyyarə yaşayış evinin üzərinə düşüb, 3 nəfər ölüb Evdə olan insanlar zərər çəkməyib
Digər ölkələr
10 Oktyabr , 2017 03:44
Braziliyada təyyarə yaşayış evinin üzərinə düşüb, 3 nəfər ölüb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Braziliyanın San-Joze-du-Riu-Pretu bələdiyyəsində (San-Paulu ştatı) yaşayış evinin üzərinə düşüb. Nəticədə göyərtədə olan üç nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə bazar ertəsi ştatın yanğın xidməti "Twitter"də məlumat yayıb.

Yanğınsöndürənlərin məlumatına görə, təyyarə düşən zaman evdə olan insanların heç biri xəsarət almayıb.

Təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi