Yuxarı

Braziliyada əmək və pensiya islahatlarına qarşı etiraz aksiyaları keçirilib

Braziliyada əmək və pensiya islahatlarına qarşı etiraz aksiyaları keçirilib
Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib

Bakı. 1 iyul. REPORT.AZ/ Braziliyanın iki iri şəhəri - Rio-de-Janeyro və San-Paoloda etiraz aksiyaları keçirilib.

"Report"un "Euronews" telekanalına istinadən verdiyi xəbərə görə, yerli həmkarlar ittifaqları tərəfindən təşkil olunan aksiyaların iştirakçıları ilə polis əməmkdaşları arasında toqquşmalar baş verib.

Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.

Etirazçılar Braziliyanın hazırkı prezidenti Mişel Temer və onun təklif etdiyi əmək və pensiya islahatlarına qarşı çıxış edirlər. İslahatlara əsasən, Braziliyada təqaüdə çıxma yaşı artırılacaq. Eyni zamanda, işçilərin çoxu əlavə gəlir mənbələrindən məhrum ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi