Braziliyada ötən gün ərzində 844 nəfər koronavirus infeksiyasının qurbanı olub.
“Report” xəbər verir ki, bu barədə TASS ölkənin rəsmi statistik məlumatlarına istinadən bildirib.
Qeyd edilir ki, bununla da COVID-19-dan ölüm hallarının ümumi sayı 13 993-ə çatıb.
Məlumata görə, Braziliyada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 202 918-ə çatıb. Bununla yanaşı, ölkədə koronavirusa yoluxan 79 497 nəfər sağalıb.
Dünyada COVID-19-a yoluxma nəticəsində ölənlərin sayı 300 783 nəfər təşkil edir, pandemiya ərzində 4 488 185 insan koronavirusa yoluxub.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.