Yuxarı

Böyük Britaniyada quş qripinə yeni yoluxma halları aşkar edilib

Böyük Britaniyada quş qripinə yeni yoluxma halları aşkar edilib
Bu virusun quşlar üçün “çox yolxucu” və “ölümcül” olduğu bildirilir

Bakı. 13 yanvar. REPORT.AZ/ Böyük Britaniyanın Kənd Təsərrüfatı Nazirliyi ölkənin cənub-şərqindəki Dorset qraflığında 17 vəhşi quşda H5N6 quş qripinə yoluxmanın yeni hallarını aşkar edib.

“Report” RİA “Novosti”-yə istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Məlumata görə, bu, 2017-2018-ci illərdə rast gəlinən ilk haldır. Bu qripin ötən il Çində qeydə alınan yoluxma hallarından fərqləndiyi və insan səhhətinə təhlükə yaratmadığı bildirilir.

Bununla belə, virusun quşlar üçün çox yolxucu və ölümcül olduğu qeyd olunur.

Hakimiyyət orqanları quş fermaları sahiblərinə quşları yenidən qeydiyyatdan keçirməyə və ehtiyat tədbirlərinə riayət etməyə çağırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi