Bakı. 16 yanvar. REPORT.AZ/ Böyük Britaniya parlamentinin İcmalar Palatasının nümayəndələri dünən deputatların ölkənin
Bu barədə "Repert" TASS-a istinadən xəbər verir.
Səsvermədə 432 deputat Britaniyanın Baş naziri Tereza Meyin fəal şəkildə dəstəklədiyi Brüssellə razılaşdırılmış saziş layihəsinin əleyhinə çıxıb, cəmi 202 deputat isə layihənin lehinə səs verib.
Britaniyanın "Financial Times" qəzeti yazır ki, maliyyə naziri Filip Hammond ölkənin aparıcı biznes nümayəndələri ilə telekonfrans zamanı hökumətin keçmiş nazir Nik Boulsun rəhbərlik etdiyi İcmalar Palatasının Əlaqələr Komitəsinini fəaliyyətinə artıq maneə yaratmayacağını qeyd edib. Aşağı palatanın digər komitələrinin sədrlərini bir araya gətirən bu qrup Böyük Britaniyanın Aİ-dən çıxışına görə məsuliyyəti üzərinə götürə bilər.
N.Boulsun rəhbərlik etdiyi Komitənin təklifləri 50-ci maddənin uzadılmasını və Birləşmiş Krallığın Brüssellə razılaşma olmadan Aİ-dən çıxmasının qarşısının almasını nəzərdə tutur. Kabinetin İcmalar Palatasında "Brexit" üzrə səsvermədə sarsıdıcı məğlubiyyət almasından sonra növbəti addımları ilə barədə danışan Hammond "əvvəlcə İcmalar Palatasının deputatları ilə əlaqə qurmalıyıq" deyib.
Qəzetin məlumatına görə, F.Hammond 2019-cu il martın 29-na planlaşdırılan "Brexit" ilə bağlı əlavə möhlət verilməsinin mümkünlüyü üzrə hökumətin atacağı addımların ardıcıllığını açıqlayıb. Nazirin fikrincə, Brüssel bu məsələdə hökumətin müxtəlif siyasi partiyalardan olan deputatlar tərəfindən hazırlanan aydın planı olmayana qədər Londondan gələn yeni təklifləri nəzərdən keçirməyəcək. Bu plan çıxış üzrə əlavə möhlətin istənilməsinə qədər razılaşdırılmalıdır.
Qeyd edək ki, bu gün Britaniya Baş naziri Tereza Meyə və onun hökumətinə etimadsızlıq votumu üzrə səsvermə keçiriləcək. Öz növbəsində, baş nazir bu gün istefa vermək niyyətində olmadığını bildirib.