Böyük Britaniya Aİ-dən çıxması ilə bağlı Brüsseli rəsmən xəbərdar edib

Böyük Britaniya Aİ-dən çıxması ilə bağlı Brüsseli rəsmən xəbərdar edib Böyük Britaniyanın Aİ-dəki daimi nümayəndəsi Tim Barroг müvafiq məktubu Avropa Şurasının rəhbəri Donald Tuska təqdim edib
Digər ölkələr
29 Mart , 2017 16:59
Böyük Britaniya Aİ-dən çıxması ilə bağlı Brüsseli rəsmən xəbərdar edib
eucopresident

Bakı. 29 mart. REPORT.AZ/ Böyük Britaniyanın Avropa İttifaqındakı (Aİ) daimi nümayəndəsi Tim Barrou Avropa Şurasının rəhbəri Donald Tuska bu ölkənin Baş naziri Tereza Meyin imzaladığı və Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı rəsmi bildirişin olduğu məktubu təqdim edib.

"Report" xəbər verir ki, Lissabon müqaviləsinin 50-ci maddəsində göstərilən qaydalara əsasən, Aİ-ni tərk etmək istəyən dövlət bunu rəsmi bildiriş verdikdən iki il sonra etməlidir. Başqa sözlə, Böyük Britaniya Aİ-ni 2019-cu il martın 29-da tərk edəcək.

Qeyd edək ki, Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı qərarı keçən il iyunun 23-də keçirilən referendum nəticəsində qəbul olunub.

Son xəbərlər

Orphus sistemi