“Böyük Britaniya Birləşmiş Ştatların dəstəyinə arxalanmadan müharibəyə hazır olmalıdır”.
“Report” xəbər verir ki, bunu ölkənin Müdafiə naziri Ben Uollas “Sunday Times” qəzetinə verdiyi müsahibədə bildirib.
“ABŞ-ın dünyada lider mövqeyini itirə biləcəyindən narahatam. Bu həm dünya üçün, həm də bizim üçün pis olardı. Ən pis nəticəyə hazırlaşıraq ən yaxşısına ümid edirik”.
Nazir Böyük Britaniyanın ABŞ-ın hərbi dəstəyindən çox asılı olduğunu diqqətə çatdırıb: “Biz hava hücumundan müdafiə və kəşfiyyat sahəsində Amerikadan çox asılıyıq. Vasitələrimizi şaxələndirməliyik”.