Böyük Britaniyanın
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin “Brexit”ə dair təmas qrupunun bugünkü açıqlamasında bildirilir.
“Təmas qrupunun qənaətincə, Böyük Britaniya hökumətinin 2 oktyabr tarixli son təklifləri hazırkı şəkildə Avropa Parlamentinin təsdiqləyə biləcəyi razılaşma üçün əsas ola bilməz. Bu təkliflər “backstop” rejiminin aradan qaldırıldığı təqdirdə, həll edilməsi zəruri olan gerçək məsələləri əhatə etmir”, - açıqlamada göstərilir.
Xatırladaq ki, “backstop” rejimi Birləşmiş Krallıqla İrlandiya Respublikası arasında İrlandiya adasındakı quru sərhəddə “Brexit” sonrası müəyyən dövr ərzində şəffaflığı təmin etmək məqsədilə düşünülən plandır.