Yuxarı

Britaniya parlamenti erkən seçkilər təklifini qəbul etməyib - YENİLƏNİB

​Boris Conson parlament seçkilərinin erkən keçirilməsini təklif edib

Böyük Britaniya Parlamenti ölkənin baş naziri Boris Consonun oktyabrın 15-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə təklifinin əleyhinə səs verib.

“Report”un "Sky News"a istinadən xəbərinə görə, seçkilərin erkən keçirilməsinin lehinə lazım olan 343 nəfərdən 298, əleyhinə isə 56 deputat səs verib.

Səsvermədən sonra Conson bildirib ki, Leyborist partiyasının lideri Ceremi Korbin seçkini rədd edən ilk müxalifət lideri oldu. İngiltərə Baş nazirinin sözlərinə görə, bu, Korbinin seçkilərdə qələbə qazanacağına əmin olmaması ilə əlaqədardır.

O, həmçinin İngiltərə hökumətinin yenidən erkən seçki təklif etməsinə çalışacağına işarə edib.


***00:44

Böyük Britaniyanın baş naziri Boris Conson oktyabrın 15-də ölkə parlamentinə növbədənkənar seçkilər keçirilməsini təklif edib.

“Report” xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Baş nazir Böyük Britaniya Parlamentinin İcmalar Palatası, Avropa Birliyi (AB) ilə razılaşma əldə olunmayacağı təqdirdə, ölkənin AB-dən çıxmasını 2020-ci il dekabrın 31-dək üç ay müddətinə təxirə salmaq üçün qanun layihəsi qəbul etməsi faktını "çox kədərli" adlandırıb.

"İndi seçkilər oktyabrın 15-də, çərşənbə axşamı günü keçirilməlidir", - deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi