Bolqarıstanın müdafiə naziri vəzifəsindən sui-istifadədə ittiham olunur

Bolqarıstanın müdafiə naziri vəzifəsindən sui-istifadədə ittiham olunur Nazir ölkəni tərk etməmək barədə öhdəlik götürdükdən sonra sərbəst buraxılıb
Digər ölkələr
23 Noyabr , 2016 15:36
Bolqarıstanın müdafiə naziri vəzifəsindən sui-istifadədə ittiham olunur

Bakı. 23 noyabr. REPORT.AZ/ Bolqarıstan Prokurorluğu 2015-ci ildə "MiQ-29" qırıcı təyyarələrinin təmiri üzrə Polşa ilə bağlanmış sazişlə əlaqədar ölkənin müdafiə naziri Nikolay Nençevə qarşı vəzifəsindən sui-istifadə üzrə ittiham irəli sürüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, istintaq məlumatlarına görə, bu anlaşma dövlət xəzinəsinə 3,5 milyon avrodan çox məbləğdə maddi ziyan vurub.

N.Nençevin vəkili Radan Kunev jurnalistlərə bildirib ki, prokurorluq yalnız ittiham irəli sürüb, işin materialları təqdim olunmayıb.

Müdafiə naziri ölkəni tərk etməmək barədə öhdəlik götürdükdən sonra sərbəst buraxılıb.

Son xəbərlər

Orphus sistemi