Yuxarı

Boliviyanın hazırkı dövlət başçısı prezident seçkilərində qalib olub

​Boliviyanın hazırkı dövlət başçısı prezident seçkilərində qalib olub

Boliviyanın Seçki Komissiyası bazar günündən sonra ilk dəfə prezident seçkilərində səslərin hesablanması məlumatlarını yeniləyib.

Bu barədə "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, səslərin 95,02%-nin hesablanmasından sonra hazırkı dövlət başçısı Evo Morales seçkilərdə liderlik edir.

Yenilənmiş məlumatlara əsasən, Morales 46,41% səs toplayıb. Seçkilərdə onun əsas rəqibi olmuş Karlos Mesaya isə seçicilərin 37,07%-i səs verib.

Beləliklə, Moralesin topladığı səs fərqi 9,34% təşkil edir. Ölkə qanunvericiliyinə görə, seçkilərin birinci turunda qalib gəlmək üçün, namizəd 50%-dən çox səs yığmalıdır. Namizəd rəqibindən 10 faiz artıq səs toplamaqla minimum 40% səs qazanmalıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi