Yuxarı

Boliviyada sərnişin avtobusu qəzaya uğrayıb: 13 ölü, 27 yaralı

Boliviyada sərnişin avtobusu qəzaya uğrayıb: 13 ölü, 27 yaralı
Xəsarət alanlardan 3-ü azyaşlılardır

Bakı. 18 yanvar. REPORT.AZ/ Boliviyada sərnişin avtobusu qəzaya uğrayıb.

"Report"un məlumatına görə, bu barədə "El Dia" qəzeti xəbər verib.

Məlumata görə, hadisə ölkənin cənubundakı Tarix departamentində baş verib. Belə ki, sərnişin avtobusunun aşması nəticəsində 13 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Xəsarət alanlardan 3-nün azyaşlılar olduğu bildirilir. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Polis hadisənin başvermə səbəbini araşdırır. İlkin məlumata görə, avtobus nasaz əyləc sistemi səbəbindən aşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi