Bakı. 4 yanvar. REPORT.AZ/ Boliviyanın Koçabamba-Santa-Krus yolunda sərnişin avtobusu yük maşını ilə toqquşub.
“Report” xəbər verir ki, bu barədə Çapare əyalətinin polis rəisi İvan Tapiaya istinadən yerli KİV məlumat yayıb.
Qəza nəticəsində 6 nəfər həyatını itirib, daha 30-a yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Avtobus ev quşları daşıyan yük maşını ilə toqquşub.