Boliviyada avtobus yük maşını ilə toqquşub, 30-dan çox ölən və yaralanan var

Boliviyada avtobus yük maşını ilə toqquşub, 30-dan çox ölən və yaralanan var Avtobus ev quşları daşıyan yük maşını ilə toqquşub
Digər ölkələr
4 Yanvar , 2018 07:25
Boliviyada avtobus yük maşını ilə toqquşub, 30-dan çox ölən və yaralanan var

Bakı. 4 yanvar. REPORT.AZ/ Boliviyanın Koçabamba-Santa-Krus yolunda sərnişin avtobusu yük maşını ilə toqquşub.

“Report” xəbər verir ki, bu barədə Çapare əyalətinin polis rəisi İvan Tapiaya istinadən yerli KİV məlumat yayıb.

Qəza nəticəsində 6 nəfər həyatını itirib, daha 30-a yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtobus ev quşları daşıyan yük maşını ilə toqquşub.

Son xəbərlər

Orphus sistemi