​Boliviyada avtobus uçurumdan aşıb, 12 nəfər ölüb

​Boliviyada avtobus uçurumdan aşıb, 12 nəfər ölüb Altı nəfər yaralanıb
Digər ölkələr
17 Mart , 2015 02:27
​Boliviyada avtobus uçurumdan aşıb, 12 nəfər ölüb

Bakı. 17 mart. REPORT.AZ/ Boliviyada sərnişin avtobusu uçurumdan aşağı yuvarlanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, insident nəticəsində 12 nəfər ölüb, 6 nəfər yaralanıb.

Qəza ölkənin cənubunda, Çukisaka departamentində baş verib. Naməlum səbəblərdən 18 nəfərin olduğu avtobus 150 metr hündürlükdən aşağı düşüb. Ölənlər arasında uşaqlar da var.

Zərərçəkənlər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara aparılıblar.

Son xəbərlər

Orphus sistemi