Yuxarı

​Boliviyada avtobus uçurumdan aşıb, 12 nəfər ölüb

Altı nəfər yaralanıb

Bakı. 17 mart. REPORT.AZ/ Boliviyada sərnişin avtobusu uçurumdan aşağı yuvarlanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, insident nəticəsində 12 nəfər ölüb, 6 nəfər yaralanıb.

Qəza ölkənin cənubunda, Çukisaka departamentində baş verib. Naməlum səbəblərdən 18 nəfərin olduğu avtobus 150 metr hündürlükdən aşağı düşüb. Ölənlər arasında uşaqlar da var.

Zərərçəkənlər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara aparılıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi