Boliviya müxalifətinin rəhbəri Janin Anyesi prezident səlahiyyətləri ilə əlaqədar təbrik edib

Boliviya müxalifətinin rəhbəri Janin Anyesi prezident səlahiyyətləri ilə əlaqədar təbrik edib Boliviya müxalifətinin rəhbəri, prezident seçkilərində Evo Morelosa rəqib olmuş Karlos Mesa dövlət başçısı səlahiyyətlərini müvəqqəti olaraq icra edən Janin Anyesi prezident səlahiyyətləri ilə əlaqədar təbrik edib.
Digər ölkələr
13 Noyabr , 2019 03:59
Boliviya müxalifətinin rəhbəri Janin Anyesi prezident səlahiyyətləri ilə əlaqədar təbrik edib

Boliviya müxalifətinin rəhbəri, prezident seçkilərində Evo Morelosa rəqib olmuş Karlos Mesa dövlət başçısı səlahiyyətlərini müvəqqəti olaraq icra edən Janin Anyesi prezident səlahiyyətləri ilə əlaqədar təbrik edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə o, özünün "Twitter"dəki səhifəsində yazıb.

"Boliviyanın yeni konstitusion prezidenti Janin Anyesi təbrik edirəm. Bizim ölkəmiz onun gəlişi, demokratiyaya və qanuna çağırışla, sülhlə və şücaətlə möhkəmlənir", - deyə Mesa "Twitter"də yazıb.

Daha əvvəl müxalifətçi senator Janin Anyes bildirib ki, ölkə rəhbərliyinin istefasından sonra Boliviya prezidenti səlahiyyətlərini müvəqqəti qəbul edir. 

Qeyd edək ki, Boliviyada etirazlar fonunda bazar günü Evo Moralesin başçılığı ilə rəhbərlik istefaya gedib və Morales ölkəni tərk edib. Qanuna əsasən hakimiyyəti senatın müxalifətçi vitse-spikeri qəbul etməlidir, amma onu parlament təsdiq etməlidir. 

Son xəbərlər

Orphus sistemi