Yuxarı

BMT: Yəmən müharibəsində ölənlərin sayı 10 min nəfərə çatıb

BMT: Yəmən müharibəsində ölənlərin sayı 10 min nəfərə çatıb
Bu rəqəmlər səhiyyə müəssisələri tərəfindən verilən məlumatlar əsasında müəyyən edilib

Bakı. 17 yanvar. REPORT.AZ/ Yəməndə iki ildir davam edən silahlı münaqişə nəticəsində ölənlərin sayı 10 min nəfərə, yaralıların sayı isə 40 min nəfərə çatıb.

"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəsi Ceymi Makqoldrik məlumat verib.

BMT bundan əvvəl 42 min nəfərin öldüyünü, onların 1400 nəfərinin uşaq olduğunu xəbər vermişdi.

Bu rəqəmlər səhiyyə müəssisələri tərəfindən təqdim olunan məlumatlar əsasında müəyyən edilib. Həlak olanların real sayı bundan əhəmiyyətli dərəcədə çox ola bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi