BMT: Ukraynanın şərqində münaqişə ərzində 9700-dən çox insan həlak olub

BMT: Ukraynanın şərqində münaqişə ərzində 9700-dən çox insan həlak olub Bura Ukrayna Silahlı Qüvvələrinin, mülki vətəndaş və silahlı qruplaşma üzvlərinin itkiləri daxildir
Digər ölkələr
9 Dekabr , 2016 01:15
BMT: Ukraynanın şərqində münaqişə ərzində 9700-dən çox insan həlak olub

Bakı. 9 dekabr. REPORT.AZ/ Ukraynanın şərqində münaqişə ərzində 9 700-dən çox insan həlak olub, 22 700-dən çox insan isə yaralanıb.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynada insan hüquqlarına dair BMT-nin Monitorinq Missiyasının növbəti rüblük hesabatında göstərilib.

Sənəddə qeyd olunur ki, 2014-cü il aprelin ortalarından 2016-cı il dekabrın 1-dək ölənlərin sayı 9 758, yaralıların sayı isə 22 779 nəfər təşkil edib.

Bildirilir ki, bura Ukrayna Silahlı Qüvvələrinin, mülki vətəndaş və silahlı qruplaşma üzvlərinin itkiləri daxildir. Həlak olanların 2 000-dən çoxu mülki vətəndaşlardır. Bura həmçinin Donbassda qəzaya uğramış "Boeing"də olan 298 sərnişin və ekipaj üzvləri də daxildir.

Ümumiyyətlə, münaqişə zamanı yaralanan mülki vətəndaşların sayı isə 7 min nəfərə yaxındır.

Son xəbərlər

Orphus sistemi