BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı təcili iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı təcili iclas keçirəcək Toplantı aprelin 9-da baş tutacaq
Digər ölkələr
8 Aprel , 2018 22:42
BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı təcili iclas keçirəcək
Foto: AP/Mary Altaffer

Bakı. 8 aprel. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı iclaslarının vaxtı məlum olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, təşkilatın toplantısı aprelin 9-da, Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

Məlumata görə, beynəlxalq təşkilat Rusiyanın təşəbbüsü ilə iki iclas keçirəcək. Toplantılardan biri "Beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər" mövzusundadır. İclaslarda Suriyada yaranmış son vəziyyət müzakirə olunacaq.

BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi tələbini 9 ölkə dəstəkləyib. 

Qeyd edək ki, Suriyada - Şərqi Qutada, Dumada kimyəvi silahın tətbiqi nəticəsində onlarla dinc sakin ölüb. Onların arasında qadınlar, uşaqlar da var. Bir sıra ölkələr hadisəni qəti şəkildə pisləyiblər.  

Son xəbərlər

Orphus sistemi