Yuxarı

BMT: Suriyalı qaçqınlara yardım göstərmək üçün vəsait çatışmır

BMT: Suriyalı qaçqınlara yardım göstərmək üçün vəsait çatışmır

Bakı. 11 sentyabr. REPORT.AZ/ "Suriyalı qaçqınlara zəruri yardım göstərmək üçün daha 270 milyon dollar vəsaitə ehtiyacımız var".

“Report” "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının mətbuat katibi Babara Baloh bildirib.  

"Ümumiyyətlə, bu il qaçqınlara lazımi yardımı göstərmək üçün 1,97 milyard dollar vəsait xərclənməlidir. Ancaq hazırda təşkilata 670 milyon dollar çatdırılıb", - o deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi