BMT Suriya, İran və KXDR-də insan hüquqları ilə bağlı vəziyyəti pisləyib

BMT Suriya, İran və KXDR-də insan hüquqları ilə bağlı vəziyyəti pisləyib Baş Məclisin ixtisaslaşmış komitəsi tənqidi qətnamə layihələrini bəyənib
Digər ölkələr
15 Noyabr , 2017 08:24
BMT Suriya, İran və KXDR-də insan hüquqları ilə bağlı vəziyyəti pisləyib

Bakı. 15 noyabr. REPORT.AZ/ BMT Baş Məclisinin ixtisaslaşmış komitəsi İran, Koreya Xalq Demokratik Respublikası və Suriyada insan hüquqları sahəsində vəziyyətlə bağlı tənqidi qətnamə layihələrini bəyənib.

"Report"un məlumatına görə, bu barədə RİA "Novosti" məlumat yayıb.

Qeyd edilir ki, adları sadalanan dövlətlərin qəbul etməməsinə baxmayaraq, bu problemlərə hər il BMT-nin üçüncü komitəsində baxılır.

KXDR üzrə qətnamə səsverməsiz qəbul edilib. Sənəddə ölkədə uzun müddət boyunca insan hüquqlarının kobud pozuntuları pislənilir. BMT-nin İnsan Hüquqları Sahəsində Vəziyyətin Araşdırılması üzrə Şurasının qiymətləndirməsinə görə, bəzi hüquqpozmalar insanlığa qarşı cinayətlərlə bərabərləşdirilə bilər.

Sənəd həmçinin BMT Təhlükəsizlik Şurasına KXDR-də vəziyyətə baxmağa davam etməyi tövsiyə edir. 

İranda insan hüquqları ilə bağlı sənəd üzrə də səsvermə keçirilib. Onu 83 ölkə dəstəkləyib, 30 dövlət, o cümlədən Rusiya, Belarus, Çin, KXDR, İraq qətnaməyə qarşı çıxıblar. 

Son xəbərlər

Orphus sistemi