“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında Geir Pedersen özü məlumat verib.
“Biz bu mübarizənin bütün Suriyada, o cümlədən ölkənin şimal-şərqində və İdlibdəki problemləri aradan qaldırmağa kömək edəcək ciddi siyasi prosesə başlamağın vacibliyini göstərən yalnız daha bir sübut olduğuna inanırıq”, - BMT rəsmisi deyib.
Qeyd edək ki, hər üç adıçəkilən ölkənin xarici işlər nazirləri BMT diplomatı ilə görüş üçün Cenevrəyə gediblər. Oktyabrın 30-da ABŞ-ın himayəsi altında Cenevrədə 150 üzvü olan Suriya Konstitusiya Komitəsinin birinci iclası keçiriləcək.