BMT-nin baş katibi Kubanın yeni rəhbəri ilə görüşüb

BMT-nin baş katibi Kubanın yeni rəhbəri ilə görüşüb Bakı. 8 may. REPORT.AZ/ BMT-nin baş katibi Antoniu Quttereş Kubanın Dövlət Şurasının və Nazirlər Şurasının rəhbəri Migel Dias-Kanellə görüşüb.
Digər ölkələr
8 May , 2018 05:33
BMT-nin baş katibi Kubanın yeni rəhbəri ilə görüşüb

Bakı. 8 may. REPORT.AZ/ BMT-nin baş katibi Antoniu Quttereş Kubanın Dövlət Şurasının və Nazirlər Şurasının rəhbəri Migel Dias-Kanellə görüşüb.

"Report" xəbər verir ki, bu barədə "Cuba Debate" məlumat yayıb.

Məlumata görə, Quttereş və Dias Kanel beynəlxalq sülh və təhlükəsizlik məsələlərini, 2030-cu ilə qədər davamlı inkişafı və iqlim dəyişikliyi problemini müzakirə ediblər.

Həmçinin qeyd edilir ki, Kuba lideri BMT-nin baş katibinə ada dövlətdə ictimai-iqtisadi modelin aktuallaşdırılması prosesinin necə getməsi barədə danışıb.

Aprelın 16-da Kuba Milli Məclisi Dövlət şurasının başçısı vəzifəsinə Migel Dias-Kaneli təsdiq edib.

Son xəbərlər

Orphus sistemi