Bakı. 10 avqust. REPORT.AZ/ BMT missiyasının helikopteri Konqo Demokratik Respublikasında qəzaya uğrayıb.
"Report"un məlumatına görə, bu barədə "Frans Press" agentliyi xəbər yayıb.
Məlumata görə, hadisə ölkənin şərqində, Şimali Kiv vilayətinin Beni şəhərinin aeroportunda baş verib.
Qəza zamanı xəsarət alan olmayıb.