Yuxarı
    Bağlamaq

    BMT: İŞİD Suriya və İraqda nəzarət etdiyi ərazilərin 95 faizindən məhrum olub

    Altı milyona yaxın insan evlərini tərk edib

    Bakı. 23 noyabr. REPORT.AZ/ İŞİD terror qruplaşması 2014-cü ildə Suriya və İraqda nəzarət etdiyi ərazilərin 95 faizindən məhrum olub.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin İraq üzrə xüsusi nümayəndəsi Yan Kubiş Təhlükəsizlik Şurasının iclasında bildirib.

    O, qeyd edib ki, 7,5 milyondan çox insan terror qruplaşmasının əsarətindən azad edilib. Nümayəndənin sözlərinə görə, İŞİD üzərində qələbə çox böyük məhrumiyyətlər hesabına başa gəlib. Minlərlə hərbçi və dinc sakin öldürülüb və ya yaralanıb. Minlərlə qadın dul, uşaq yetim qalıb.

    O, qeyd edib ki, xeyli insan savadsızdır. Bütöv şəhərlər dağıntılar altında qalıb, 6 milyona yaxın insan evlərini tərk edib.

    Yan Kubiş İŞİD-lə müharibənin bütün qurbanlarına – dinc sakinlərə, təhlükəsizlik qüvvələrinin əməkdaşlarına və onların ailələrinə başsağlığı verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi