BMT Baş katibi: "Koronavirusla mübarizəyə daha böyük vəsait lazım ola bilər"

BMT Baş katibi: "Koronavirusla mübarizəyə daha böyük vəsait lazım ola bilər" Yeni koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri üçün Avropa Komissiyasının himayəsilə keçiriləcək onlayn donor konfarnsında toplanması nəzərdə tutulan 7,5 milyard avrodan beşqat artıq vəsaitə ehtiyac yarana bilər.
Digər ölkələr
4 May , 2020 19:59
BMT Baş katibi: Koronavirusla mübarizəyə daha böyük vəsait lazım ola bilər

Yeni koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri üçün Avropa Komissiyasının himayəsilə keçiriləcək onlayn donor konfarnsında toplanması nəzərdə tutulan 7,5 milyard avrodan beşqat artıq vəsaitə ehtiyac yarana bilər.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş videokonfransdakı nitqi zamanı bildirib:

“İlkin olaraq 7,5 milyard avro tolamaq məqsədilə bu gün elan olunmuş səxavətli ianələri alqışlayıram. Bu vəsait yeni alətlərin lazımi sürətlə inkişaf etdirilməsinə ilkin töhfə olacaq. Amma hər bir ölkədə hər kəsə əlimizi uzatmaq üçün bizə bu məbləğdən haradasa beş dəfə artıq vəsait lazımdır”.

Baş katib BMT-nin bütün tərəfdaşlarını bu səylərə qoşulmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi