Yuxarı

BMT Baş Asambleyası Ukraynanın Azov dənizi barədə təqdim etdiyi qətnamə layihəsini müzakirə edəcək

BMT Baş Asambleyası Ukraynanın Azov dənizi barədə təqdim etdiyi qətnamə layihəsini müzakirə edəcək

Bakı. 6 dekabr. REPORT.AZ/ BMT Baş Asambleyasının 17 dekabr tarixli iclasında Azov dənizində hərbi qüvvələrin artması barədə Ukraynanın təqdim etdiyi qətnamə layihəsi müzakirəyə çıxarılacaq.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə BMT-də Qara və Azov dənizlərindəki vəziyyətə dair keçirilən brifinqdə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Volodımır Yelçenko bildirib.

“Hazırda əlimizdə dəyişdirilmiş layihə var. Məsələ çox mühümdür. Bildiyiniz kimi, bunu dekabrın 17-də Baş Asambleya müzakirə edəcək. Hazırda səhər iclasının gündəmindədir”, – ukraynalı diplomat deyib.

Xatərladaq ki, noyabrın 25-də Kerç boğazında Ukraynanın üç gəmisi Rusiyanın hərbi gəmiləri tərəfindən atəşə tutulub, sonra da saxlanılıb. Həmin gün BMT Təhlükəsizlik Şurasının üzvləri Rusiyanı həmin gəmiləri sərbəst buraxıb Kerç boğazından keçməyə şərait yaratmağa çağırıblar. Həmin gün Ukrayna Prezidenti Petro Poroşenko ölkənin bəzi bölgələrində hərbi vəziyyət tətbiqi haqqında qərar verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi