BMT: AB Liviya sahillərində insan alverçilərinə qarşı hərbi əməliyyatlar keçirə bilər

BMT: AB Liviya sahillərində insan alverçilərinə qarşı hərbi əməliyyatlar keçirə bilər Əməliyyatların məqsədi miqrant və qaçqın axınını qarşısını almaqdır
Digər ölkələr
10 Oktyabr , 2015 18:05
BMT: AB Liviya sahillərində insan alverçilərinə qarşı hərbi əməliyyatlar keçirə bilər

Bakı. 10 oktyabr. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası Avropa Birliyinə Liviya yaxınlığında beynəlxalq sularda insan alverçilərini hədəf alan hərbi əməliyyatlar keçirməyə icazə verib.

“Report”un “Amerikanın Səsi”nə istinadən verdiyi xəbərə görə, əməliyyatların məqsədi çox zaman ölümlə nəticələnin Liviyadan Aralıq Dənizi vasitəsilə Avropaya keçmək istəyən miqrant və qaçqın axınını qarşısını almaqdır.

Avropanın miqrant uşağın adını daşıyan Sofiya əməliyyatı gələn həftənin çərşənbə günü başlayacaq. Təhlükəsizlik Şurasında səsvermə zamanı yalnız Venesuela bu əməliyyatların başlamasına dair mövqeyində bitərəf olduğunu bildirib.

Britaniyanın təklif etdiyi qətnaməyə görə Avropa hərbi dəniz qüvvələri bir müddətində Liviya sahillərindəki beynəlxalq sularda şübhələndikləri istənilən gəmini saxlaya və içərisində axtarış apara bilər.

Son xəbərlər

Orphus sistemi