Birləşmiş Ştatlarda üç məktəb avtobusu toqquşub, 41 uşaq xəsarət alıb

Birləşmiş Ştatlarda üç məktəb avtobusu toqquşub, 41 uşaq xəsarət alıb Hadisə Kentukki ştatının Cefferson dairəsində baş verib
Digər ölkələr
7 Dekabr , 2017 22:36
Birləşmiş Ştatlarda üç məktəb avtobusu toqquşub, 41 uşaq xəsarət alıb

Bakı. 7 dekabr. REPORT.AZ/ ABŞ-ın Kentukki ştatında üç məktəb avtobusunun toqquşması nəticəsində 40-dan çox uşaq xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Hadisə ştatın Cefferosn dairəsində baş verib. Yol qəzası nəticəsində orta və yuxarı siniflərdə oxuyan 41 uşaq xəsarət alıb.

Qəzanın səbəbləri açıqlanmır. Yerli polis araşdırmalara başlayıb.

Son xəbərlər

Orphus sistemi