Bakı. 7 dekabr. REPORT.AZ/ ABŞ-ın Kentukki ştatında üç məktəb avtobusunun toqquşması nəticəsində 40-dan çox uşaq xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Hadisə ştatın Cefferosn dairəsində baş verib. Yol qəzası nəticəsində orta və yuxarı siniflərdə oxuyan 41 uşaq xəsarət alıb.
Qəzanın səbəbləri açıqlanmır. Yerli polis araşdırmalara başlayıb.