Bir qrup müsəlman qadın Parisdə "hovuz" aksiyası keçirib

Bir qrup müsəlman qadın Parisdə "hovuz" aksiyası keçirib Fransanın paytaxtı Paris şəhərində bir qrup müsəlman qadın hovuzda aksiya keçirib.
Digər ölkələr
2 Sentyabr , 2019 14:23
Bir qrup müsəlman qadın Parisdə hovuz aksiyası keçirib

Fransanın paytaxtı Paris şəhərində bir qrup müsəlman qadın hovuzda aksiya keçirib. 

"Report"un Fransa bürosu xəbər verir ki, buna səbəb müsəlman qadınların ölkə ərazisində hovuz və çimərliklərdə burkinidə çimməsinə qadağa qoyulmasıdır.  

Aksiya iştirakçıları əllərində "Hovuz hamı üçündür!", "İslamofomiyaya son!" şüarları yazılmış plakatlar tutub, "Rasistlər qoymasa da, biz çiməcəyik!" deyərək oxuyublar. 

Onlar yaydıqları bəyanatda Fransadakı hovuzları və çimərlikləri daxili nizamnamələrini dəyişməyə çağırıb, İslamofobiya hallarını pisləyiblər.

Aksiyaya polis müdaxilə edib, iştirakçıları zorla hovuzdan çıxarıblar. Hadisədən sonra hovuz bir neçə saat bağlı qalıb.

Son xəbərlər

Orphus sistemi