Yuxarı
    Bağlamaq

    Beynəlxalq təşkilatlar əməkdaşlarını Yəmənin paytaxtından təxliyyə edir

    Müvafiq bəyanatla Səudiyyə Ərəbistının başçılıq etdiyi koalisiya çıxış edib

    Bakı. 16 dekabr. REPORT.AZ/ Beynəlxalq humanitar təşkilatlar əməkdaşlarını hüsilərə aid "Ansar Allah" qiyamçı hərəkatının nəzarəti altında olan Yəmənin paytaxtı Sənadan təxliyyə edir.

    "Report" TASS-a istinadən xəbər verir ki, belə bir bəyanatla Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya çıxış edib.

    Bəyanata əsasən, Yəmən paytaxtında təhlükəsizlik məsələlərinin mürəkkəb vəziyyətdə olması ilə əlaqədar beynəlxalq humanitar təşkilatlar öz əməkdaşlarının Sənadan çıxarılması ilə bağlı müraciət edib. 

    Yəməndə ölkə hakimiyyəti ilə qiyamçı hüsilər arasında qarşıdurma 2014-cü ilin avqustundan davam edir. Hazırkı prezident Mənsur Hadinin xahişi ilə ərəb dövlətlərindən ibarət koalisiya qüvvələrinin müdaxiləsindən sonra toqquşmalar daha da kəskinləşib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi