Yuxarı

Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi zərbə nəticəsində 12 dinc sakin həlak olub

Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi zərbə nəticəsində 12 dinc sakin həlak olub
Ölənlərin əskəriyyəti qadınlar və uşaqlardır

Bakı. 1 oktyabr. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyaya endirdiyi zərbə nəticəsində 12 mülki sakin həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, zərbə Deyr ez-Zor vilayətindəki Bu-Kemal şəhərinə, Bukrus Faukan yaşayış məntəsədindəki evə endirilib. Ölənlərin əskəriyyəti qadınlar və uşaqlardır.

Agentliyin xəbərinə görə, zərbə zamanı həmçinin 10 dinc sakin də xəsarət alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi