Yuxarı

Beynəlxalq koalisiya: İŞİD-in "ali müftisi" məhv edilib

Al-Ben-əli əcnəbi silahlıların İŞİD-ə cəlb edilməsində əsas rol oynayıb
© Foto: "AP"

Bakı. 20 iyun. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İŞİD-in "ali müftisi" Turk Al-Bel-əlinin məhv edildiyini xəbər verib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Koalisiya qüvvələri mayın 21-də Suriyanın Məyadin şəhərindəki bombardmanlar nəticəsində İŞİD-in qondarma ali müftisi Turk Al-Ben-əlini məhv edib" – deyə koalisiyanın xəbərində bildirilir.

Qeyd olunur ki, Al-Ben-əli əcnəbi silahlıların İŞİD-ə cəlb edilməsində, həmçinin bütün dünyanı terror aktları ilə təhrik etməkdə əsas rol oynayıb. 

İŞİD terror qruplaşması hələlik xəbərə münasibət bildirməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi