Yuxarı

Berlində fermerlər etiraz aksiyası keçirir

Berlində fermerlər etiraz aksiyası keçirir

Berlində fermer ittifaqlarının keçirdiyi etiraz aksiyası ilə bağlı şəhərin mərkəzindəki yolların bir hissəsi bağlanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Brandenburq əyalətindən şəhər mərkəzinə doğru hərəkət edən yüzlərlə aksiya iştirakçıları traktor və s. texnika vasitələri ilə yolları bağlayırlar. Əsas mitinqin hökumət binaları yaxınlığındakı Tinqarden parkında keçiriləcəyi bildirilir.

Brandenburq əyalət polisindən 200-dək texnikanın paytaxt istiqamətində yola düşdüyü, bu səbəbdən yollarda sıxlıq yarandığı və hərəkəti nizamlamaq üçün 600 nəfər yol polisinin cəlb olunduğu deyilir.

Xatırladaq ki, Berlin və başqa şəhərlərdə fermerlərin etiraz aksiyaları keçirəcəyi öncədən açıqlanmışdı. Belə ki, fermerlər hökumətin aqrar siyasətindən, o cümlədən bu il anomal istilərdən xeyli zərər çəkmiş aqrar sahəyə yardım göstərilməməsindən narazıdırlar. Oktyabrın 23-də ölkənin kənd təsərrüfatı və ərzaq naziri Yuliya Klokner hökumətin cari ildəki aqrar siyasətinə dair məruzə təqdim edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi