Berlində atışma oldu, ölən və yaralananlar var

Berlində atışma oldu, ölən və yaralananlar var Almaniyanın paytaxtı Berlində atışma olub.
Digər ölkələr
15 Fevral , 2020 18:54
Berlində atışma oldu, ölən və yaralananlar var

Almaniyanın paytaxtı Berlində atışma olub.

“Report” xəbər verir ki, bu barədə “Local” portalı polisin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Kroyçberq rayonunda, "Güldür Güldür Show" türk komediya şousunun yerləşdiyi konsert idman zalının yaxınlığında qeydə alınıb.

Hadisə zamanı 1 nəfər ölüb, daha 4 nəfər yaralanıb. Atışma zamanı öldürülən şəxs 42 yaşlı kişidir. Məlumata görə, yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. Polis hesab edir ki, atəş açanlar bir neçə nəfər olub. Cinayətkarlar hadisə yerindən qaçaraq gizlənib.

Əraziyə 200-dək polis əməkdaşı cəlb edilib. Təhqiqat aparılır. 

Son xəbərlər

Orphus sistemi